səhər
səhhət
OBASTAN VİKİ
Quru səhər yeməyi
Səhər yeməyində xırtıldayan qarğıdalı və ya xırtıldayan qarğıdalı taxıl, işlənmiş dənli bitkilərin dənindən hazırlanmış səhər yeməyi olub, əsasən Qərb dünyasında tez-tez səhər yeməyi üçün istifadə olunur. Ən çox südlə qarışdırılır, eyni zamanda qatıq və ya meyvə ilə də yeyilə bilər. Bəzi şirkətlər qarğıdalı unu və yulaf əsaslı və yüksək lifli taxıl yeməyinin sağlamlığa faydalarını vurğulayaraq məhsullarını reklam edirlər. ABŞ-də taxıllar tez-tez lazımi vitaminlərlə zənginləşdirilirlər, eyni zamanda sağlam səhər yeməyi üçün lazım olan vitaminlərin əksəriyyətindən məhrum da ola bilərlər. Külli miqdarda tərkibində şəkər olan taxılların çoxu istehsal olunur. Bir çox səhər yeməyi ekstruziya ilə istehsal olunur. Səhər yeməyində istifadə edilən taxıl sənayesinin ümumi mənfəət nisbəti 40-45 %, bəzi bazarlarda 90 %-ə kimi nüfuz etmiş və tarixi boyu davamlı olaraq böyümüşdür. ABŞ-də müxtəlif səhər yeməyi taxıllarının sayı 160-dan (1970) 340-a (1998) qədər artmışdır; 2012-ci il üçün proqnozlaşdırılan trend 4.945-dir. Bu yüksək rəqabətli bazarda, səhər yeməyində istifadə edilən taxılların istehsalı ilə məşğul olan şirkətlər getdikcə artan sayda müxtəlif ləzzətlərdə olan dənli bitkilər inkişaf etdirmişdirlər. Bir çox sadə buğda və ağ yulaf əsaslı dənlər mövcud olsa da, digər tatlar şirindir.
Çəmənlikdə səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.
Emalatxanada səhər yeməyi (tablo)
Emalatxanada səhər yeməyi (fr. Le Déjeuner dans l'atelier) — Eduard Mane tərəfindən 1868-ci ildə çəkilmiş rəsm əsəri. Rəsmin içərisində xüsusilə oğlu Léon Koëlla-Leenhoff və rəssam dostu Joseph-Auguste Rousselin var.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.
Çəmənlikdə səhər yeməyi (tablo)

Tiffanidə səhər yeməyi (film, 1961)
"Tiffanidə səhər yeməyi" (ing. Breakfast at Tiffany's) — rejissor Bleyk Edvardsın filmi. == Məzmun == Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası "Tiffany & Co." haqqında xəyal edir. Holli özünə "Tiffany & Co." kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq. == Film haqqında == Odri Hepbern bu filmdə sadə, qeyri-adi, özünə varlı kavaler axtaran Holli Qolaytli rolunu ifa edir. Bu rol sonradan onun fəaliyyətinə çox uğur gətirir.
Çempionlar üçün səhər yeməyi (roman)
Çempionlar üçün səhər yeməyi — Kurt Vonnequtun 1973-cü ildə yazdığı romandır.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. == Sözün mənşəyi == Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Təlmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. === Atalar sözləri === Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Səhər (dəqiqləşdirmə)
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər (qəzet) — Azərbaycanda nəşr olunmuş qəzet. Səhər (şairə) — Səhər (film, 1960) — Azərbaycan filmi.
Səhər (qəzet)
"Səhər" — Gündəlik ictimai-siyasi qəzet. Qəzetin birinci nömrəsi 1989-cu il avqustun 4-də nəşr olunmuşdur. "Səhər" 1991-ci ildə Azərbaycanda yüksək tirajla nəşr edilən yeganə gündəlik qəzet olmuşdur. Fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynamışdır.
Səhər (şairə)
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Səhər Biniaz
Səhər Biniaz (fars. سحر بینیاز‎; 17 noyabr 1986, Tehran) — İran aktrisası və model.
Səhər Delicani
Səhər Delicani (18 sentyabr 1983, Tehran) — İran yazıçısı. == Həyatı == Səhər Delicani 1983-cü ildə Tehrandakı Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da, anası da siyasi motivlə həbsdə olub. Səhər 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-yə köçüb və Kaliforniyadakı Berkli Universitetində filologiya ixtisası üzrə təhsil alıb. “Cakaranda ağacının uşaqları” müəllifin ilk romanıdır. Bu roman 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafata layiq görülüb.
Səhər Orucova
Səhər Hidayət qızı Orucova — filologiya elmləri namizədi (2002), filologiya üzrə elmlər doktoru (2013), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent (2005), professor (2015), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (2015), "Folklorşünaslıq" jurnalının təsisçisi (2017), AMEA-nın professoru (2018), Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru (2021) == Həyatı və Yaradıcılığı == Səhər Orucova İrəvan şəhərində anadan olub. 1978-1988-ci illərdə Bakı şəhəri 193 saylı orta məktəbində oxuyub. 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 2005-2011-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində Xarici dil (İngilis dili) müəllimi ixtisası üzrə təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. 1993-1995-ci illərdə BDU-nun Filologiya fakültəsinin “Humanitar fakültələr üzrə Rus dili kafedrası”nda laborant, 1995-1996-ci illərdə “XX əsr Rus ədəbiyyatı nəzəriyyəsi” üzrə baş laborant, 1996-1999-cu illərdə Folklor kafedrasında müəllim, 1999-2003-cü illərdə baş müəllim, 2003-2005-ci illərdə dosent əvəzi, 2005-ci ildə dosent, 2015-ci ildən professor vəzifələrində çalışmışdır. 2018-ci ildə AMEA-nın professoru adını alıb. 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiridir. 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktorudur. O, BDU-nun Filologiya fakültəsində bakalavr və magistr pillələrində rus və Azərbaycan bölmələrində “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Azərbaycan dastanları”, “Kitabi Dədə Qorqud” və dünya eposu” fənlərindən dərs deyir.
Səhər TV
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. == Haqqında == İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərdə vaxt ardıcıllığı ilə yayımlanır. == Azərbaycan dilində == Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Səhər Televiziyası

Səhər namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. == Sübh namazının qılınma qaydası == Niyyət ; Qiyam; Təkbirətul-ehram; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; 2 səcdə; Ayağa qalxma; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; 2 səcdə; Təşəhhüd; Salam.Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun. === Niyyət === 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). === Qiyam === Ayaq üstə üzü qibləyə dayanmaq. Sübhanəkəllahummə və bihəmdıkə və təbərakə ismukə və təala cəddukə və lə iləhə ğeyrukə! Əuzu billəhi minəş-şeytanir-racim! === Təkbirətul-ehram === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd və surə oxumaq === Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı, yəni ayaqda sırasıyla : 1.Sübhaneke 2.Eüzü - besmele 3.Fatihə surəsi 4.Qurandan başqa bir surə oxumalı. === Ruku === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.və ya "Subhanə Rabbiyəl Azim" === 2 səcdə === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Səhər Əhməd
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Çayxanada səhər
Çayxanada səhər və ya çay evində səhər — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 2000-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəklin ön mərkəz qismində, ağ masa örtüsü örtülmüş stolun üzərində samovar, çaydan və meyvə dolu boşqab, arxa fonda qızılgül və çiçək mühitində əlində meyvəli nimçə tutan gənc qız, az buludlu səma, uçan quşlar və pişikləri gəzir.Şəkildə bəzi obyektlər qabaqda, bəzi əşyalar isə arxada yerləşdirilib və perspektiv prinsipi nəzərə alınıb. Əsərdə əksərən şaquli xətlərdən istifadə olunsa da, üfüqi və diaqonal xətlər də diqqəti cəlb edir. Rəsmin fakturasına uyğun olaraq üzvi yumşaq fırça vuruşlarından istifadə edilmişdir. Rəsmdəki rənglər sənətin plastik xassələrinə uyğun və rəng harmoniyasına diqqət yetirilməklə düzülüb. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. Bir-biri ilə qovuşan rənglər gözəl harmoniyada vurğulanır. Ümumi mənzərədə açıq tonlar üstünlük təşkil edir. Şəkildə işıq dəyərlərinin tarazlığını təmin etmək üçün tünd rənglərdən də istifadə edilmişdir.
Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Axırıncı şam yeməyi
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək.Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər. Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir. Şam yeməyi, həm də yevxaristiya Tövratın dini simvolikası ilə sıx bağlıdır.
Sonuncu şam yeməyi

Gün Səhər (qəzet)
Gün Səhər - Gündəlik ictimai-siyasi qəzet. 2005-ci ilin fevral ayında yaradılıb. Təsisçis «GÜN» müstəqil yayım şirkəti. Baş redaktoru Qabil Abbasoğludur. == Tarixi == “Gün səhər” qəzeti 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.
бездотацио́нность бла́говестить блузо́н гордя́чка день в де́нь досви́стывать кора́бленник мохна́теть постоя́нство разрисова́ться таранта́сец шалопу́тный арка́да вытя́гиваться инкрусти́роваться оби́тель подва́ливаться екать bespake bespell elm-tree triplication алтарь месиво удивительный